19 iyul 2010 12:21
Inter "Kral klubuna" son şans verdi
İtaliyanın "Inter" lkubu Madridin "Real" komandasına milanlıların müdafiəçisi Maykonu almaq üçün son şans verib. Azerisport.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, "neradzurrilər" madridlilərə son 48 saat veriblər və bu vaxt ərzində "Kral klubu" braziliyalı oyunçu ilə müqavilə bağlaya bilərlər.
Qeyd edək ki, italyanlar oyunçuya görə 35 milyon avro istəyirlər.
