19 iyul 2010 12:54
Kyuell Qalatasaray`da qalacaq
İstambulun "Qalatasaray" klubunun avstraliyalı yarımmüdafiəçi Harri Kyuell "sarı-qırmızıların" heyətində çıxışını davam etdirəcək. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu "Qalatasaray"-ın rəhbərliyi ilə yeni müqavilənin şərtləri haqqında razılaşmaya gəlib. Həmin müqaviləyə əsasən Kyuell İstambul klubunun heyətində bir ildə keçirəcək.
