20 iyul 2010 01:13
Qalatasaray kolumbiyalı hücumçunu alıb
"Monaco" klubunun kolumbiyalı hücumçusu Xuan Pablo Pino İstanbulun "Qalatasaray" komandasına keçdi. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə klubu 23 yaşlı forvardla bağlanmış müqavilənin təfərrüatlarını açıqlamır.
Pino "Monaco"-ya 2007-ci ildə keçib, lakin o vaxtdan komandanın əsas heyətində möhkəmlənə bilməyib.
