20 iyul 2010 13:29
De la Penya yaşıl meydançaya qayıtmaq hazırdı
Azerisport.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, İspaniyanın "Espanol" komandasının yarımmüdafiəçisi İvan de la Penya yaşıl meydançaya qayıtmaq və gələn mövsümdə komandanın heyətində tam gücüylə çıxış etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, keçən mövsümdə futbolçu baldır sümüyünü zədələmişdi.
"Keçən mövsüm zədələndiyimə görə mənim üçün çox çətin alındı. Lakin indi mən özümü yaxşı hiss edirəm və məşqlərə tam hazıram. Mən hər bir məşqdən zövq almaq istəyirəm", - de la Penya bildirdi.
