20 iyul 2010 01:34
Edqar Davids futbola qayıda bilər
Hollandiya millisinin keçmiş oyunçusu, məşhur futbolçu Edqar Davids böyük futbola qayıda bilər. Azerisport.az NUsport saytına istinadən xəbər verir ki, Belçikanın "Lierse" klubu yarımmüdafiəçini öz sıralarına qatmaq niyyətindədi. Artıq komandanın prezidenti Maqed Sami 37 yaşlı Davidsin agentiylə görüş keçirib. Agentin sözlərinə görə, bu variant Davidsi rası salır. Yaxın vaxtlarda tərəflər bu məsələni ətraflı müzakirə edəcəklər.
Xatırladaq ki, Davidsin son klunu Amsterdamın "Ajaks" komandası olub.
