20 iyul 2010 13:57
Löv Azərbaycana gələcək
Almaniya millisinin baş məşqçisi Yoaxim Löv Almaniya Futbol Federasiyası ilə yeni ikiillik müqavilə imzalayacaq. Azerisport.az AP agentliyinə istinadən xəbər verir ki, bu gün günün ikinci yarısında mətbuat konfransı keçiriləcək və orada yeni müqavilə rəsmi olaraq elan olunacaq. Beləliklə də, Löv Almaniya millisini Avro-2012-nin axırına kimi çalışdıracaq.
Xatırladaq ki, son dünya çempionatında Almaniya millisi üçüncü yerə layiq görülmüşdü.
