20 iyul 2010 16:42
Foqts İnterin oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi almaniyalı mütəxəssis Berti Foqts Bakının "İnter" klubunun oyununu seyr edəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Foqts Çempionlar Liqası çərçivəsində iyulun 21-də Poznan şəhərindəki "Meyski" stadionunda keçiriləcək "Lex" (Polşa) – "İnter" oyununu canlı izləyəcək.
