20 iyul 2010 17:56
Ramin Musayev: "Altılıq" sistemi özünü doğrultdu
Azerisport.az xəbər verir ki, PFL-in prezidenti Ramin Musayev hesab edir ki, Azərbaycan klublaının avrokubklarda keçirilən ilk görüşləri göstərdi ki, çempionatda "altılıq" sistemi özünü doğrultdu. "Siz özünüzdə gördünüz ki, avrokubokların oyunları "altılığa" olan inamı doğrultdular. Buna görə də, biz bu sistemi saxlayacağıq. Lakin bəzi dəyişiklər də əlavə edəcəyik. "Qızıl xallar" ləğv olunur, çempionatın ikinci yarısını isə klublar əvvəl yığdığları xallarla davam etdirəcəklər" , - Musayev bildirdi.
