20 iyul 2010 11:12
Koul özünə yeni komanda tapdı
İngiltərə yığmasının futbolçusu Co Koul "Liverpool" klubuna keçdi. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbloçu mersisaydlılarla 4 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, futbolçunun Londonun "Chelsea" klubu ilə müqaviləsi bu yay bitmişdi.
