20 iyul 2010 12:02
Kyellini Juventus`u tərk edə bilər
İtaliyanın "Juventus" klubu öz müdafiəçisi Corco Kyelliniulə yeni müqavilə bağlamağa tələsmir. Azerisport.az Football Italia saytına isitinadən xəbər verir ki, hal hazırda müdafiəçi ildə 2 milyon avro alır, bu da digər əsas heyət futbolçuların qonorarlarıylə müqayisə olduqca azdı. Gözlənilirdi ki, "Juventus" yay mövsümarası zamanı Kyellini digər kluba keçməsin deyə, maaşını artıracaqdı. Lakin, hələ də Turin klubu bunu etməyib.
Qeyd edək ki, Kyelliniylə Madridin "Real" və İngiltərənin "Manchester United" klubları maraqlanırlar.
