20 iyul 2010 12:08
Yığmanın oyununun vaxtı müəyyənləşib
Qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 21-də keçiriləcək Uels–Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nyutaundakı "Letem Park"stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
