20 iyul 2010 00:09
FİFA hakimliydə texnologiyanın istifadəsi haqqında məsələni təxirə saldı
İyulun 21-də Kardiff şəhərində Futbol Assosiasiyaların Beynəlxalq Şürasının (IFAB) iclası keçiriləcək. Azerisport.az SkySports saytına istinadən xəbər verir ki, iclasın gündəliyində hakimliydə texnologiyanın istifadəsi haqqında məsələsi yer almayıb.
Qeyd edək ki, DÇ-2010-da hakimlərin iş səviyyəsi ilə bağlı baş verən qalmaqallardan sonra FİFA prezidenti Zepp Blatter söz verdi ki, bu məsələni IFAB-ın müzakirəsinə çıxardacaq. Lakin, iclasın gündəliyinə təkcə bir mövzü salınıb – Avropa Liqasında olduğu kimi meydançada əlavə hakimlərin istifadəsi.
