20 iyul 2010 12:12
İbrahim KARQBO: Bakı`nı seçdiyimə görə çox şadam
"Bakı" futbol klubunun yeni transferlərindən olan İbrahim Kargbo “Buduçnost”a qarşı keçirilən ilk oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Azerisport.az "Bakı"-nın rəsmi saytına istinadən xəbər verir ki, o, burada olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Bakı"-dan başqa bir neçə ölkədən də təklif almışdım. Lakin "Bakı"-nı seçdiyimə görə çox şadam. Burada gördüklərimdən yaxşı mənada təəccübləndim".
Onun sözlərinə görə, ilk oyunda qələbə qazansalar da, cavab matçında da uğurlu oyun sərgiləmələk lazımdı: "İstədiyimiz oyunu göstərib, növbəti mərhələyə yüksəlməliyik. Burada uzun illər çıxış edib, "Bakı" klubu ilə birgə böyük uğurlara imza atmaq arzusundayam. İnanıram ki, istəyim həyata keçəcək".
