21 iyul 2010 16:04
Artur Vixnyarek: Biz növbəti mərhələyə keçməliyik
Polşanın "Lex" klubunun hücumçusu Artur Vixnyarek Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanın "İnter" komandası ilə cavab oyunundan əvvəl azerisport.az saytına öz fikirlərilini bildirdi.
"Birinci oyundaki qələbəyə baxmayaraq, biz cavab görüşündə tam ciddi şəkildə hazırlaşırıq. Biz başa düşürük ki, hər bir səhvimiz çox pis nəticələnə bilər" – Vixnyarek bildirdi.
Onun sözlərinə görə, komandasının minimum məqsədi növbəti mərhələyə çıxmaqdı: "Bizim böyük məqsədlərrimiz var. Bizi Çempionlar Liqasının qrup mərhələsində görmək istəyirlər. "İnter"-ə çox böyük hörmət edirik, lakin, buna baxmayaraq, biz növbəti mərhələyə keçməliyik".
