21 iyul 2010 16:07
Yığmanın oyunu təxirə salınıb
Azərbaycan milli komandasının noyabrın 17-də səfərdə Malta yığması ilə yoldaşlıq oyunu keçirəcəyi barədə bildirilmişdi. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçirilməli olan Xorvatiya–Malta oyununun tarixi noyabrın 18-ə dəyişdirildiyi üçün Malta–Azərbaycan yoldaşlıq görüşü təxirə salınıb.
