21 iyul 2010 16:17
Futbol üzrə daha bir turnir başlayıb
Bu gündən etibarən Azərbaycan Çimərlik Futbol Federasiyası və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə turnirə start verilib. Azerisport.az AFFA-nın rasmi saytına istinadən xəbər verir ki, turnirdə 10 komanda 2 qrupda mübarizə aparacaq. Yarış çimərlik futbolu üzrə Respublika Kubokunun seçmə mərhələsi xarakteri daşıyır və qalib komanda final mərhələsinə vəsiqə qazanacaq.
