21 iyul 2010 17:04
Chelsea`nin prezidenti: Droqba və Koul satılmır
Azerisport.az The Guardian nəşrinə istinadən xəbər verir ki, İngiltərə "Chelsea" klubunun prezidenti Brüs Bakın sözlərinə görə, onun klubu Eşli Koulu və Didye Droqbanı satmayacaq.
"Eşli Koul satılmır. Biz əminliklə deyə bilərik ki, garşıda gələn mövsümdə o "Chelsea"-nın heyətində oynayacaq. Eşli əla futbolçudu. O, bizim klubumuzun şərəfini məmuniyyətlə qoruyur", - Bak dedi.
Droqbaya gəlikdə isə, klubun prezidenti bildirdi ki, Didye parlaq mövsüm keçirdi və komandanın vacib hissəsidi: "Biz onu satmaq niyyətində deyilik".
Xatırladaq ki, bundan əvvəl Britaniya mətbuatı bildirmişdi ki, Eşli Koul Madridin "Real" klubuna keçə bilər.
