21 iyul 2010 17:21
Paraqvaylı futbolçu 27 oyunluq diskvalifikasiya aldı
Çili Futbol Federasiyası ikinci divizion komandası "Rangers"-in paraqvaylı oyunçusu Xose Pedrosoya "Deportes Concepcion"-la görüşdə hakimi boğmaq istədiyinə görə 27 oyunluq diskvalifikasiya etdi. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, oyunçu bu oyundan sonra bildirdi ki, o, öz karyerasını başa vurur. Buna baxmayaraq, əgər Pedroso futbola qayıdsa və öz karyerasını Çilidən kənarda davam etdirsə belə, həmin cərimə dünyanın bütün peşəkar liqalarına yayılır.
Həmin oyunda baş vermiş hadisəni burada baxa bilərsiz.
