21 iyul 2010 17:49
İngiltərə millisinin qapıçısı Celtic`ə keçmək istəyir
İngiltərə millisinin qapıçısı Devid Ceyms Şotlandiyanın "Celtic" klubuna keçmək arzusunda olduğunu bildirib. Azerisport.az The Daily Mail nəşrinə istinadən xəbər verir ki, bu yay şotlandiyalı klubun əsas qapıçısı Artur Boruts İtaliyanın "Fiorentina" komandasına keçəndən sonra Ceymsin agenti "Celtic"-lə dərhal əlaqə yaradıb.
"İndi biz gözləyirik ki, şotlandiyalı klub Amerika tunsenindən qayıtsın və sonra biz onlarla mümkün müqaviləni müzakirə edə biləcəyik", - Ceymsin agenti bildirdi.
Xatırladaq ki, hal hazırda 39 yaşlı Devid Ceyms yeni mövsümü çempionşıpda çıxış edəcək "Porthsmuth" klubunun oyunçusu sayılır.
