21 iyul 2010 18:11
Simurq ilk transferlərini həyata keçirdi
Azərbaycanın "Simurq" futbol klubu bu mövsüm ilk transferlərini həyata keçirdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün komanda 15 futbolçu ilə müqavilə bağladı. Bütün futbolçularla bağlanan müqavilənin müddəti 2 ildir. Həmin futbolçuların arasında qapıçı Fuad Əhmədov, müdafiəçilər Rasim Ramaldanov, Elnur Abbasov, yarıımmüdafiəçi Vasif Əliyev və hücumçu Əli Bağırov var.
