22 iyul 2010 00:42
Cavadovsuz "Twente" məğlub oldu (YENİLƏNDİ)
Bu gün Azərbaycan yığma komandasının hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın "Twente" klubu dörd komandanın iştirakı ilə keçirilən Uhren Kubokunda ilk oyununu keçirdi. Azerisport.az xəbər verir ki, "Twente" komandası Almaniyanın "Stuttgart" klubu ilə görüşdü. Oyun 2:1 Almaniya klubunun xeyrinə bitdi. Cavadov bu görüşdə iştirak etməyib.
Xatırladaq ki, turnirdə həmçinin İspaniyanın "Deportivo" və İsveçrənin "Young Boys" klubları da iştirak edirlər. Həmin klublar öz aralarında oyunu dünən keçiriblər və görüş 1:0 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə bitdi.
