21 iyul 2010 12:05
London klubu Raulu almaq istəyir
Londonun "Tottenham" klubu Madridin "Real" komandasının canlı əfsanəsi olan Raulu öz heyətinə cəlb etmək istəyir. Azerisport.az The Sun nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl futbolçu Almaniyanın "Wolfsburg" komandasına keçməkdən imtina etmişdi və bildirmişdi ki, o, öz karyerasını İngiltərədə bitirmək istəyir.
İngiltərədə Raulun maraqlarını təmsil edən Barri O`Konnor bir az səbirli olmağa çağirib: "Belə təcrübəli futbolçunu almaq istiyənlərin sayı həmişə çox olur. Lakin, "Real" komandası onu rəsmi olaraq transferə çıxartmadığına kimi, heç bir keçid haqqında danışmaq lazım deyil".
