21 iyul 2010 00:05

Nikola RAKOEVİÇ: Bu il Brondbü ilə biz görüşəcəyik

Azerisport.az xəbər verir ki, Çernoqoriyanın "Budçnost" klubunun baş məşqçisi Nikola Rakoeviç Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Bakı" komandası ilə keçiriləcək cavab oyununun ərəfəsində komandası üçün əsas motivasiya faktorunu tapdı.

 
İyulun 22-i sizin komandanız "Bakı" klubu ilə cavab oyununu keçirəcək. Bu görüşdən hansı nəticə gözləyirsiniz?
 
Biz hesab edirik ki, qələbə qazanacayıq. Heyf ki, hesabda 1:0 orəlidə olarkən, sizin klubunuzdan iki top buraxdıq. Bu bizim şanslarımızı azaltdı. Mən gözləyirdim ki, Bakıdaki oyunda qələbə qazanacayiq. Amma açığı desəm, sizin komandanız cütlüyün favoritidi.

Bunu siz 2:1 hesabı ilə məğlubiyyətdən sonra deyirsiz?
 
Bunu hətta biz 1:0 irəlidə olan zaman da deyərdim. "Bakı"-nın heyəti çox güclüdü. Və çox güclü legionerləri var. Onlar futtbolu necə oynamaq lazım olduğunu bacarırlar.
 
Bəs sizdə?
 
Bizdə isə heyətin 90 faizi yerli oyunçulardı. Çoxları hələ ki gəncdi.
 
Əgər "Bakı" favoritdi bu, o deməkdir ki, cavab görüşündə oyun bizim komandanın diktəsiylə keçəcək?
 
Yox, meydançada əsl mübarizə olacaq. Biz "Bakı"-nın zəif yerlərindən istifadə etmək çalışacayıq.
 
Hansı zəif yerlərindən?
 
Bunu sizə deməyəcəm.
 
Bizim fikrimizcə, siz məşqçi fəndindən istifadə edirsiz – bizim komandanımızı tərifləyirsiz ki, sayıqlıqı yatırdmaq üçün.
 
Yox, bu belə deyil. Sizin legionerlərinizin səviyyəsi göz qabağındadı.

Yeddi il əvvəl bu staidonda bizim milli komandamız sizin yığmanızdan çox vacib xallar aldı (2:2). Bunu xatırlayırsız?
 
Bəli, bu mənə məlumdur. Mən bu faktoru cavan oyunçularımın motivasiyasını yüksəldmək üçün istifadə edəcəm.
 
Erkən qol sizin komandanıza yardım edə bilərmi?
 
Erkən qol hər iki komandaya yardımçı ola bilər. Lakin futbol 90 dəqiqə oynanılır. Mənim yadımdadı, bizim komandamız neçənci dəqiqədə qol buraxdı. Jabanın qolunu heç kəs gözləmirdi.
 
Növbəti mərhələdə bu cütlüyün qalibini Danimarkanın "Brondbü" komandası gözləyir.
 
Hesab edirəm ki, bu il onlarla biz görüşəcəyik. Siz isə "Brondbü"-ylə gələn il oynayarsız.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.