21 iyul 2010 00:27

Azərbaycanda legionerlər niyə lazımdı?

Azərbacan futbolunda legionerlərin çoxluğu məsələsi hələ də müzakirə olunan mövzulardan biridi. Bəzi klublarımız bir ay ərzində birdən-birə dörd-beş legioner alırlar. Ancaq bir neçə oyundan sonra görürlər ki, aldıqları lengioner futbolçular qaneedici oyun göstərmir və bu halda həmin oyunçularla ya vidalaşırlar, ya da ki transferə çıxardırlar. Lakin bu mövzu klubların transfer siyasətindən deyil. Gəlin özümüzdən soruşaq, nəyə görə klublar legionerlərə üstünlük verirlər?

Sirr deyil ki, oyunçu yetişdirməkdə Azərbaycan nə Braziliya, nə də ki Arqentinadı. Və həmçinin, bizim çempionatımız İngiltərə və ya İspaniya liqalarından qat-qat geridədi. Ona görə də, legionerlərimizin böyük əksəriyyəti o qədər də yüksək səviyyəli deyillər ki, oyunu tək başına həll edə bilsinlər.
 
Azərbaycanın futboluna biganə olmayan hər kəs sual verir ki "məgər Azərbaycanda futbolçular yoxdur ki, bu qədər legioner alırlar?". Amma həqiqət ondadı ki, doğrudan da yoxdu! Əsasən, bu hücümçulara aiddi. Faktiki olaraq, Azərbaycanda cəmi iki normal hücumçu var – biri Fərid Quliyev, digəri isə Rauf Əliyevdi (söhbət ölkəmizdə çıxış edən futbolçurdan gedir). Bu oyunçular həm özləridə vura bilir, başqalarınada vurmaqa imkan yaradırlar, vaxtında ötürmədə verə bilirlər. Bizdə doğrudan da əla, yüksək səviyyəli oyunçularımız var. Lakin onlar çox azdı. Və demək olar ki, onların hamısı yığmanın heyətinə cəlb olunur. Əlbətdə, gənclərdən ibarət milli komandamızda çox perspektivli oyunçularımız da var. Və yığma səviyyəsində onlar çox yaxşı təsir bağışlayırlar. Lakin klub səviyyəsində onlara stabillik hələ də çatışmır. Və bu onarın əsas problemidir. Biz artq neçə dəfə görmüşük ki, bir-iki sezon əla oyun göstərmiş oyunçularımız sonradan harasa itirdilər. Və bunun səbəbi karyeranın bitirilməsi ilə əlaqədar deyil. Çoxlu belə nümunə var, amma gəlin ikisini yadımıza salaq – Fərruh İsmayılovu və Samir Əliyevi. Yadınıza sala bilərsiniz sonuncu dəfə bu hücumçular mövsümdə heç olmasa beş top vursunlar? Əlbətdə, onlar artıq cavan deyillər, birincisinin 32, ikincisinin 31 yaşı var. Lakin, bu demək deyil ki, 30 yaşın həddini keçəndə qol vurmaq laım gəlməz. Misal üçün, Emin İmaməliyev. Onun artıq 30 yaşı var, amma buna baxmayaraq o qol vurur. Və hətta o hücumçu deyil. Etiraf etmək lazımdı ki, bizdə indiki zamanda o qədər də çox oyunçu, və xüsusəndə hücumçu yoxdu. Bir misalda gətirim... Qabaqları, bizdə bir "xalqın komadası" var idi – "Neftçi". İndi isə bu ad "Qarabağ"-ada aiddir. Amma hətta yerli oyunçuların çoxluq təşkil edən Ağdam komandasındada hücumçu problemi var. Yeganə forvard komandada Rauf Əliyev. O da ki müəyyən səbəblərə görə əsas heyətə çıxa bilmir.
 
Sözüm ondadı ki, bunu nəzərə alsaq, klublarımızı çoxlu legioner aldıqlarına görə qınamaq lazım deyil. Düzdü, elə legionerlər olur ki, onlar yerli futbolçulardan qat-qat aşağı saviyyədədir. Bu artıq isə başqa mövzudu. Sadəcə yuxarıda qeyd etdiyim kimi, klublar özləridə öz səhvlərini başa düşür və həmin oyunçular atrıq komandadan kənarlaşdırıllar və yaxud transferə çıxardırlar.
 
Bizim öz gənc və yeniyetmə oyunçuların inkişafına vaxt lazımdı. Artıq bizdə bu prosess başlayıb. Misal üçün, bəzi klublarımız yerli oyunçulara üstünlük verməyə başlayırlar. Buna görə də, mən əminəm ki, artıq bir neçə ildən sonra bizim klublarda legionerlərin sayı yerli oyunçuların sayından çox olmayacaq. Sadəcə olaraq bir az səbirli olmaq lazımdı. Hər şey artıq dəyişir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.