21 iyul 2010 12:28
Kaxaber Tsxadadze: Qələbə şansı həmişə var
Azerisport.az Azərbaycanın "İnter" klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Poznan şəhər stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Poşanın "Lex" komandası ilə cavab oyunundan əvvəl Bakı klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransını keçirdi.
Baş məşqçi yerli mətbuat nümayəndələrinin suallarına cavab verərək bildirdi ki, "İnter" rəqib komandayla oyun zamanı müdafiədə diqqətli oynamağa çalışacaq: "İlk oyunda buraxdığı səhvləri təkrarlamamağa çalışaçayıq. Qələbə şansı həmişə var və biz öz qol imkanlarından yararlanacayıq".
