21 iyul 2010 00:40
Polşa klubunun məşqçisi Qarabağı izləyəcək
Azerisport.az Polşanın "Wisla" klubunun saytına istinadən xəbər verir ki, Krakov şəhərinin komandası Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Portadaun" (Şimali İrlandya) cavab görüşünü izləmək üçün Bakıya öz fiziki hazırlığ üzrə məşqçisi Andjey Bahrı göndərəcək.
Xatırladaq ki, oyun iyulun 22-si Bakıda Tofik Bəhramov adına stadionda keçiriləcək.
