21 iyul 2010 12:56
Bartoş Bosatski: Biz arxayınlaşmamalıyıq
Polşanın "Lex" klubunun müdafəçisi Bartoş Bosatski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanın "İnter" komandası ilə cavab oyunundan əvvəl azerisport.az saytına öz fikirlərini söylədi.
"Biz arxayınlaşmamalıyıq. Hələ ki, heçnə həll olunmayıb. Növbəti mərhələyə biz yalnız hakimin son fitindən sonra keçəcəyik. İnanıram ki, sevinən tərəf "İnter" yox, biz olalcayıq", - Bosatski bildirdi.
