22 iyul 2010 01:26
Bakı əsas heyətin oyunçusunu itirdi
Azərbaycanın "Bakı" futbol klubunun gecə məşqi komanda üçün uğursuz bitdi. Azerisport.az xəbər verir ki, meydançada cəmi 20 dəqiqə olan İbrahim Karqbo, sonradan zədə alaraq məşqi tərk etdi. Həkimlərin sözlərinə görə, futbolçu Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Çernoqoriyanın "Buduçnost" komandası ilə cavab oyununu buraxmalı olacaq.
