22 iyul 2010 02:49
İnter`ə alqışlar!
Bu gün Azərbaycanın "İnter" klubu Avropa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" komandasiylə cavab oyununu əsas vaxtda 1:0 hesabı ilə qələbə qazansa da, 11-metrlik zərbələrdə məğlub oldu. Bununlada paytaxt komanda avrokuboklarla vidalaşdı.
Açığı deyim, "İnter" məni yaxşı mənada təəcübləndirdi. Etiraf edək ki, belə fədakar oyunu gözləmirdik. Əlbətdə, "İnter"-in qələbəsinə inanalar var idi və mən şəxsən özümdə buna inanırdım. Lakin, bir də təkrarlanım, belə oyunu gözləmirdim. Oyundan əvvəl bir tanışıma dedim ki, "İnter" bu oyunu udacaq, hətta fantastik 3:1 hesabını proqnoz edirdim. Əslində isə, çox paradoksal bir vəziyyət alındı: "İnter" qalib gəldi, lakin məğlub oldu. Penalti seriyasında. 9:8 hesabı ilə. Bu gün "bankirlər" bizə nümayiş etdilər ki, onlarda sona kimi mübarizə apara bilirlər. Ola bilsin ki, bu oyundan sonra komandada bu qədər legioner oyunçuların olmasına görə etirazlar bir az və yaxud hələlik azalacaq.
Deməzdim ki, bütün komanda əla oynadı. Yox. Misal üçün, Zlatinov. Mən elə oyun xatırlaya bilmirəm ki, orada Zlatinov "Lex"-lə cavab görüşündəki qədər sahv buraxsun. Ümumiyyətlə, oyun boyu bu futbolçuda nə driblinq, nə də ki ötürmə alınmırdı. Həmin sözlər Odikadzeyədə aiddi. Və müyyən qədər Poşkusa. Bu üç oyunçu komandada sanki yad elemenlər idi. Əgər hücum başlayırdısa bunlardan biri həmin hücumu "basdırırdı". Birinci hissədən sonra elə hesab etmək olardı ki, Tsxadadze bunları görüb bu oyunçulardan birini meydançadan götürəcək. Lakin, əvəzində birinci hissədə ən aktiv olan sağ cinah yarımmüdafiəçisini, həm də meydançada olan yeganə Azərbaycan əsilli Nizami Həciyevi oyundan çıxartdı və onun yerinə Dmitriy Kruqlovu daxil etdi. Bilmirəm, bəlkə Həciyevdə hansıza bir zədə yarandı. Amma mən bu versiyaya nədənsə inanmıram. Kruqlov isə oyunda yaxşı təsir bağışladı. Nəhayət ki, sol cinahdan da təhlükəli vəziyyətlər yaranmağa başladı. Ancaq sağ cinah təmamiylə "öldü". "Ölər" də, axı oraya fəaliyyətsiz Odikadze keçdi. Ümumiyyətlə bu futbolçu oyun baxımından məndə yalnız neqativ hisslər yaradır.
Müdafiə isə bu gün çox yaxşı təsir bağışladı. Levin, Assioli, Mjavanadze və Kandelaki polşalılara son zərbə endirməyə imkan vermirdilər. Xüsusən, Mjavanadzedi qeyd etmək lazımdı: birinci oyundan fərqli olaraq, bu dəfə o özünü yaxşı tərəfdən göstərə bildi – həm müdafiədə, həm də hücumda faydalı iş görürdü.
Həmçinin, ikinci hissədə Mjavanadzenin yerinə daxil olan Arif Daşdəmirovu da qeyd etmək lazımdı. Məhz onun sağ cinahdan ötürməsindən sonra futbolçularımızdan biri qapıya zərbə endirdi və qapıçıdan qayıdan topu oyuna yenicə daxil olmuş Qirts Karlsons ilk toxunuşu ilə polşalıların qapısında qol keçirtdi. Bu da əlavə 30 dəqiqə demək idi. Bu vaxt ərzində, komandamız sadəcə bir dəfə "Lex"-in qapısı qarşısında doğurdan da təhlükəli vəziyyət yaratdı. Lakin, ümumlikdə bu 30 dəqiqə polşalıların hücumları altında keçdi. Və, nəhayət!
"İnter" tarixində ilk dəfə avrokuboklarda qələbə qazandı. Nəhayət, Azərbaycan klubu "Polşa cadusununa" son qoydu. ...Ancaq bu qələbə cütlüyün taleyini həll eləmirdi. Penalti seriyasında isə... Lomaya, Lomaya... Bu qapıçı bu gün ki oyunun əsl qəhrəmanı ola bilərdi. Əgər təkcə əsas vaxtı saysaq, onda sözsüz – Lomaya əsl qəhrəmandı. Amma taley elə gətirdi ki, məhz onun penalti zərbəsi "İnter" üçün həlledici oldu.
Bu komanda Bakıya həm qələbə, həm də məğluboyyətlə qaydır. Gəlin bu oyunu yaddan çıxardmayaq. Çünki bu oyunda "İnter" 140 dəqiqə mübarizə apardı! Sona kimi təslim olmurdu!
