22 iyul 2010 03:00
Yatsek Zelinski: İnter məni qocaltdı
Azerisport.az xəbər verir ki, Polşanın "Lex" klubunun baş məşqçisi Yatsek Zelinski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanın "İnter" komandasına penalti zərbələrində qalib gəldiyi oyundan sonra öz fikirkəri ilə bölüşdü.
"İnter" ilk qolu vuranda mən həyatımın 10 ilini itirdim. Bu günki oyun göstərdi ki, Avropada zaif komanda qalmayıb. Əgər biz ilk 15 dəqiqə ərzində qol vursaydıq, hər şey başqa cür ola bilərdi. Ümid edirəm ki, bu gün göstərdiyimiz futbol ÇL-də ən pis oyunumuz olacaq", - Zelinsiki bildirdi.
