22 iyul 2010 16:17
Ronni Makfol: Biz iki top vurmalıyıq
Azerisport.az xəbər verir ki, Şimali İrlandiyanın "Portadaun" klubunun baş məşqçisi Ronni Makfol Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanın "Qarabağ" komandası ilə cavab oyunundan əvvəl öz fikirləri bölüşdü.
"Qarabağ" – dağdı! Və biz bu dağı fəth etməliyik. "Skonto"yla ilk oyunda 1:1 etmişdik və bundan sonra heç kəs inanmırdı ki, biz qonaq meydançada qələbə əldə edə bilərik. Bakıda biz iki top vurmalıyıq. Hər komandanın hər oyunda vurmaq imkanı olur. Və əgər imkanlardan istifadə edə bilirsənsə, onda öz yoluvu davam etdirirsən", - Makfol bildirdi.
