22 iyul 2010 16:32
Əfran İSMAYILOV: Bu oyunu səbirsizliklə gözləyirik!
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) – "Portadaun" (Şimali İrlandiya) cavab oyunun ərəfəsində ağdamlıların yarımmüdafiəçisi azerisport.az saytına öz fikirləriylə bölüşdü.
"Komandamız cavab oyununa tam hazırdı. Biz səbirsizliklə bu oyunu gözləyirik. İstəirik ki, azərkeşlərimizə qələbə hədiyyə edək. Allah qoysa, biz bunu edəcəyik. Mən azərkeşləri stadiona gələmək xahiş edirəm. Tribunalar dolu olanda biz ruh yüksəkliyi ilə oynayırıq və özümüz də bundan həzz alırıq", - futbolçu bildirdi.
İsmayılovun sözlərinə görə, onlar ilk görüşdə qol buraxacaqlarını gözləmirdilər: "Bütün vaxtı onlar müdafiədə oturmuşdurlar və birdən əks hücumda qol vurdular. Bu bizə baha başa gələ bilərdi. Fasilədə baş məşqçimiz Qurban Qurbanov bildirdi ki, hücumda bir az artırmalıyıq və onları sıxışdırmalıyıq. Biz də bunu etdik və nəticədə iki top vurduq. Onlar bütün komandaylə müdafiə olunurdu – bu bizim üçün sürpriz oldu. Həmçinin, rəqibimizin 10 nömrəli oyunçusunu qeyd etmək istiyərdim. O çox təhlükəlidi."
"Hesab edirəm ki, cavab görüşdə də mən ilk matçdaki kimi oynayacam. Lakin bizim üçün bunun əhəmiyyəti yoxdur. Çünki biz irəli gedib qol vurmağa çalışacayıq", - İsmayılov bildirdi.
