22 iyul 2010 16:36

Vinfrid Şefer: Qətiyyən müdafiədə oturmayacağıq

 

Bu gün Avropa Liqasıının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Çernoqoriyada "Buduçnost"-la qarşılaşacaq "Bakı" futbol klubunun baş məşqçisi Vinfrid Şefer dünən sonuncu məşqdən öncə qarşılaşma ilə bağlı mətbuat konfransı keçirib.
 
Azerisport.az "Bakı" rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə oyunla bağlı fikirlərini media nümayəndələri ilə bölüşüb:"Hələ Bakıdakı oyundan sonra demişdim ki, qələbəyə görə şadam. Düzdür, qələbə minimal fərqli, 2:1 oldu. Ancaq məni qane edən əzmkarlığın olmasıdır. Buna çox sevindim və bu, futbolçuların əhval-ruhiyyəsinə çox müsbət təsir göstərdi. Əslində, ilk oyunda daha böyük hesabla qələbə qazanmalı idik. Sadəcə, bəxtimiz gətirmədi".
 
Oyunun keçiriləcəyi stadionu çox bəyəndiyini bildirən Şefer komandamızın cavab matçına da hücum taktikası ilə çıxacağını söylədi: "Qətiyyən müdafiədə oturmayacağıq. Bütün komanda ilə erkən qol vurmağa çalışacağıq. Bunu görəcəksiniz. Bizdə erkən qol vura bilən yaxşı futbolçular var. Yalnız qələbə haqda düşünürük. Başqa şey fikirləşsəydik, heç bura gəlməyə dəyməzdi. Qələbədən başqa heç nə düşünə bilmərəm. Bilirik ki, hamı bizdən qələbə gözləyir. Etimadı doğrultmağa çalışacağıq. Futbolçularımla söhbətim əsnasında onlara səhvlərini başa salmışam. İstəyirəm ki, bunları təkrarlamasınlar. Həmişə gələcəyə nikbin baxıram və ancaq qələbə gözləyirəm. Əsas odur ki, futbolçular yalnız qələbəyə fikirlərini cəmləsinlər. Bilin ki, bura yalnız qələbə üçün gəlmişik. Hesabı erkən açsaq, rəqibin işi daha çətin olacaq. Çünki onların 2-3 qol vurması qeyri-mümkündür".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.