22 iyul 2010 17:02
UEFA Bakı`ya texniki məğlubiyyət verdi!
UEFA Azərbaycanın "Bakı" klubunun Çernoqoriyanın "Buduçnost" komandasına qarşı Avropa Liqasının 2-ci mərhələsində keçirilmiş ilk oyunun nəticəsini dəyışdirdi. Azerisport.az xəbər verir ki, baxmayaraq ki, ilk oyunda "Bakı" 2:1 hesabı ilə qələbə qazandı, UEFA klubumuza texniki məğlubiyyət verdi. Məsələ ondadı ki, paytaxt komandasının heyətində meydançaya qırmızı vərəqəsi olan Joel Epalle çıxmışdı.
Avromövsümün ərəfəsində UEFA "cəzalandırılanların" siyahını göndərir. Epallenin adı da burada var idi, lakin o zaman Joel "Bakı"-nın oyunçusu sayılmırdı. Ona görə də, o zaman buna heç kəs fikir vermədi. Həmçinin əlavə edək ki, həmin qırmızı vərəqəni Epalle bir neçə il bundan əvvəl Almaniyanın "Bohum" komandasının heyətində almışdı.
Təəssüf ki, "Bakı" ilə müqavilə bağlanan zaman oyunçunun meneceri və Epalle özü bu vərəqəni qeyd etməyi yaddan çıxarıblar. Əlbətdə, bu vərəqə haqqında komandanın baş məşqçisi Vinfrid Şefer də xəbərsiz idi və ona görə də, Epalleni ilk oyunda əsas heyətdə buraxdı.
Bu gün isə cavab oyunu ərəfəsində UEFA-nın Nizam-İntizam Komitəsi "Bakı"-ya texniki məğlubiyyət (0:3) verilməsi qərarını qəbul etdi. Bu isə, komandanın rəqibi "Buduçnost" klubunun növbəti mərhələyə keçmək üçün şanslarını xeyli artırdı.
