22 iyul 2010 17:29
"Kral klubu" Maykondan imtina etdi
Madridin "Real" klubu Milanın "Inter" komandasının müdafiəçisi Maykonu transfer etməkdən imtina etdi. Azerisport.az İspaniyanın Marca nəşrinə istinadən xəbər verir ki, madridlilər son dəfə futbolçuya görə 22 milyon avro təklif etdi, lakin "neradzurilər" Maykonu ancaq 28 milyon avroya satacağlar.
Bundan sonra, "Real"-ın rəhbərliyi qərara gəldi ki, Maykonun transferindən imtina etsin. İndi isə ispanlar öz diqqətini digər transferlər haqqında düşünməyə başladılar. Klubu mümkün transfer siyahında Tiaqo Silva ("Milan"), David Luis ("Benfika"), Nemanya Vidiç ("Manchester United") və Brunu Alveş ("Porto") yer alıblar.
