22 iyul 2010 17:59
Brazilyada futbolçular oyundan sonra jurnalısti döydülər (VİDEO)
Brazilya çempionatının "Vitoria" – "Goias" (2:2) oyunundan sonra qonaqların məşqçisi və bəzi oyunçuları TV müxbiri Roke Santosun üstünə hücum edərək, ona bədən xəsarətləri yetriblər.
Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, müxbirin intervyu xahişinə çox coçqun cavab verən baş məşqçi Leao, jurnalistlə söyüşməyə başladı. Sonradan isə komandanın bəzi oyunçuları da – Markao, Romerito və Moura – müxbirə hücum etdilər. Sonuncu isə jurnalisti iki dəfə üzündən vurdu.
Oyundan sonra hadisədə iştirak edən hər dörd nəfər polis məntəqəsinə çatdırıldı.
