22 iyul 2010 22:11
Neftçi Ordusporu məğlub etdi
Türkiyənin Bolu şəhərində Azərbaycanın "Neftçi" klubu təlim-məşq toplanışını davam etdirir. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, Türkiyədə yeni mövsümə hazırlığ çərçivəsində ilk yoxlama oyununda "Orduspor"la qarşılaşıb. Oyun 0:4 hesabı ilə "Neftçi"-nin xeyrinə bitdi.
Qolları Bahodır Nasimov (9-cu dəqiqə), Rəşad Abdullayev (37; 47), Qeorqiyevski (55) vurublar.
"Neftçi": Rauf Mehdiyev, Alessandro Viana da Silva, İqor Mitreski, Ruslan Abışov, Rail Məlikov, Denis Silva, Slavko Qeorgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid Hüseynov, Bahodir Nasimov.
"Orduspor": Fevzi, Cerri, Kürşat, Taner, Selcuk, Müslüm, Volkan, Sinan, Abdullah, Ahmet Kuru, Ahmet Güvən.
