22 iyul 2010 23:11
Rəşad Sadıxov: Yaxşı ki, uduzmadıq
Azərbaycanın "Qarabağ" futbol klubunun müdafiəçisi Rəşad Sadıxov Avropa Liqasının 2-ci təsnifat mərhələsində Şimali İrlandiyanın "Portadaun" komandası ilə oyunundan sonra (1:1) azerisport.az saytına öz fikirlərini bildirdi.
"Oyun asan alınmadı. Yaxşı ki, uduzmadıq. Düzdü, "Poradaun" öz qolunu təsadüfi vurdu, lakin hər şey ola bilərdi", - Sadıxov bildirdi.
