23 iyul 2010 14:22
Julio Sezar Bakı`ya keçə bilər!
Məşhur braziliyalı futbolçu Julio Sezar öz karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bunu "Bakı" klubunun prezidenti Hafiz Məmmədov bildirdi. Onun sözlərinə görə, oyunçu "Bakı"-dan dəvət gözləyir və klubla danışıqlar aparmaq üçün Azərbaycana gəlmək hazırdı.
Xatırladaq ki, futbolçu son mövsümü Türkiyənin "Qaziantepspor" klubunda keçirib.
