23 iyul 2010 02:30
Nəticəsiz qələbə və Qarabağ`ın "avroaddımları"
Bu gün Avropa Liqasınını 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirildi. "Qarabağ" öz meydançasında Şimali İrlandiyanın "Portadaun" komandasını qəbul etdi, "Bakı" isə Çernoqoriyada yerli "Buduçnost" klubu ilə görüşdü.
Bu oyunlar haqqında nə demək olar... "Qarabağ" birinci oyunda olduğu kimi, təşəbbüsə tam yiyələnmişdi. Demək olar ki, meydançada bir komanda var idi. Düzdü, oyun 1:1 hesabı ilə bitdi, amma etiraf edək ki, "Portadaun"-nun vurduğu qol oyunun məntiqinə uyğun deyiliydi. Oyun ağdamlıların hücumları altında keçirdi. Amma son zərbəyə çatanda oyunçular çox vaxt tələsirdilər. "Portadaun"-a isə məndən ən xoş sözlər. Baxmayaraq ki, bu klub daha çox həvəskar komandasıdı, onlar əzmkarcasına mübarizə aparırdı. Hətta bu oyun mənə "Qarabağ"-ın keçən il "Rusenborq"-la baş tutmuş oyunu xatırlatdı. Ancaq bu dəfə, ağdamlılar hücum edirdilər, rəqibləri isə əksinə. Maraqlı bir məqamda ondadı ki, "Portadaun"-da öz yeganə qolunu cərimə zərbəsindən vurdu. Lakin, bu oyunun gedişatına heç də təsir göstərmədi. "Qarabağ" inamla növbəti mərhələyə adladı. Yeri gəlmişkən, 3-cü təsnifat mərhələsində komandanın rəqibi yenə də Polşa klubu "Visla" olacaq.
O ki qaldı "Bakı"-ya... Artıq hamının bildiyi səbəblərə görə, UEFA "Bakı" komandasının ilk oyunda əldə etdiyi nəticəni ləğv edərək, paytaxt klubuna 0:3 hesablı texniki məğlubiyyət verdi. Faktiki olaraq, Bakıda əzmkar oyun göstərən komandanın bütün qüvvəsi boşa getdi. Və buna görə Joel Epalleni də günahlandırmaq olmaz. İnsandı... Beş-altı il əvvəl avrokuboklarda qırmızı vərəqə aldığını yaddan çıxartdı... Hamının başına belə iş gələ bilər... Podqoritsada keçirilən oyununun ərəfəsində "Bakı"-nın 2:1 hesablı qələbəsi cansız UEFA məmurları tərəfindən dəyişilb edilir 0:3 məğlubiyyətinə. Mənim heç şübhəm də yoxdur ki, UEFA-da bu insidentə lazımı qədər baxmıyıblar. Sadəcə görüblər ki, bir neçə il bundan əvvəl qırmızı vərəqə alan futbolçu meydançadadı və nəticə – təxniki məğubiyyət.
Buna baxmayaraq, "Bakı" komandası təslim olmaqa tələsmirdi. Əksinə, ilk hissədə iki top vurdu. İkinci hissə başlayan kimi isə, Jaba üçüncü topuda vura bilərdi. Amma 100-faizlik məqamı boşa verdi. Bundan sonra isə, iki qol ötürməsinin müəllifi Saşa Kaykut da fərqlənə bilərdi, lakin onun da demək olar ki boş qapıya göndərilən topu qapının üstündən keçdi. Ümumiyyətlə, "Bakı"-nın üstünlüyü açıq-aşkar görünürdü. Amma vurulan qol bütün planları alt-üst elədi. Və bu epizodda "Bakı"-nın oyunçularına bir sual vermək istiyərdim: nəyə görə zərbə vuran oyunçunun üstünə heç kəs gəlmədi? Ancaq, belə baxanda, oyunçuarı qınamaq olmaz! Əsl əzmkar mübarizə gördük! Komanda heyfislənməməlidi. İki oyunda iki qələbə... Doğrudan da, bir tərəfdən çox gülməli bir vəziyyətdi. Elə şey görmüsüz ki, komanda iki oyunda 2:1 hesabı ilə qələbə qazansın, amma növbəti mərhələyə digər klub keçsin? Buna heç sözüm yoxdu... Mən ümid edirəm ki, bu oyundan sonra klub UEFA-nın Nizam-İntizam Komitəsinə apellyasiya şikayətini təqdim edəcək. Çünki, bu insidentdə yüngülləşdirici hal kimi olan bir məqam var. Həmin məqam da ondan ibarətdi ki, UEFA cəzalanmış oyunçuların siyahını göndərəndə, Epalle "Bakı"-nın oyunçusu deyil idi və cəzalanan tərəf isə paytaxt klubu yox, Almaniyanın "Boxum" komandası olmalıdır.
Avrokuboklarda isə Azərbaycandan təkcə "Qarabağ" klubu qaldı... Və biz bu komandaya uğurlar diləyirik! Ümid edirəm ki, bu il "Qarabağ" Avropa Liqasının qrup mərhələsində Azərbyacanı təmsil edəcək!
