23 iyul 2010 14:40
Barcelona Özili almaq istəyir
Azerisport.az İspaniyanın El Mundo nəşrinə istinadən xəbər verir ki,"Barcelona" klubu Bremenin "Werder" komandasının yarımmüdafiəçisi Mesut Özili almaq istəyir.
Buna baxmayaraq, "blauqranasın" əsas transfer məqsədi Londonun "Arsenal" komandasının kapitanı Sesk Fabreqasdı. Lakin, Kataloniya klubunun məşqçilər korpusu və rəhbərliyi əmin deyillər ki, İspaniya millisinin futbolçusu "Nou Kamp"-da oynayacaq. Buna görə də, alternativ seçim kimi, DÇ-2010-da gözəl təsir bağışlayan Mesut Özilin adı çəkilir.
Xatırladaq ki, Özilin Almaniya klubu ilə müqaviləsi 2011-ci ilin iyununda bitir.
