23 iyul 2010 02:48
Nikola Rakoyeviç: Texniki qələbə komandamıza pis təsir etdi
Azerisport.az xəbər verir ki, Çernoqoriyanın "Buduçnost" klubunun baş məşqcisi Nikola Rakoyeviç Azərbaycanın "Bakı" komandası ilə oyundan sonra öz fikirləri ilə bölüşdü. "Texniki qələbə komandamıza pis təsir etdi və ilk hissədə iki top buraxdıq. Mən oyunçularıma fasilədə öz fikirlərimi çatdırdım və onlar özlərinə gəldilər. "Bakı" isə fantastik oyun göstərdi. Mənim komandam isə ikinci hissədə yaxşı oynadı və hətta bərabərlik topunu da vura bilərdi", - Rakoyeviç bildirdi.
