23 iyul 2010 15:00
Aleksandar ŞOLİÇ: Buduçnost növbəti mərhələyə keçməyə layiq deyil
Azərbaycan "Bakı"-nın futbol klubunun oyunçusu Aleksandar Şoliç azerisport.az saytınamüsahibəsində komandasının Avropa Liqasında "Buduçnost"-la oyun haqqındaöz fikirlərini bildirdi.
Necə hesab edirsiz, cavab oyunu alındı?
"Bakı" əla oyun nümayiş etdirdi. Amma, təəssüflər olsun ki, biz üçüncü topu vura bilmədik. Bu qol bizə lazım idi. Lakin, ikinci hissədə bəxt rəqibimizin tərəfindəydi. Həmçinin, psixoloji cəhətdən də oyuna hazırlaşmaq çətin oldu.
Oyundan əvvəl Şefer sizə nə dedi?
Məşqçi bildirdi ki, o, bizə inanır. Dedi ki, çıxın meydançaya və fitbol oynayın. Şeferin karyerasında buna oxşar məqam olub: ilk oyunda komandası 1:3 hesabı ilə məğlub olmuşdu, lakin cavab görüşdə 7:0 hesablı qələbə qazandı. Sözüm ondadı ki, bizim şanslarımız var idi.
Nəyə görə "Bakı" üçüncü topu vura bilmədi?
Qonaq meydançasında 90 dəqiqə oynamaq asan deyil. Ona görə də, biz hərdən səhvlərə yol verirdik. Amma komandamız mənim xoşuma gəldi. Əgər Jaba və Saşa (Kaykut) öz vəziyyətlərindən tam istifadə edə bilsəydilər, hər şey başqa cür alına bilərdi. Lakin hesab etmirəm ki, biz məğlub olduq. Hər iki opyunda ələbə qazandıq. Bundan artıq nə edə bilərdik?
Oyundan əvvəl klubun prezidenti Hafiz Məmmədov sizə nə demişdi?
O bizimlə görüşdü və dedi ki, qələbə qazanmaq lazımdı və sübut edək ki, rəqibdən güclüyük. Prezidentimiz qeyd etdi ki, bu texniki məğlubiyyətdə bizim günahımız yoxdu. O bizə dedi ki, qalib gəlin və yaxşı pul mükafatını tələb edin. Yaxşı mənada, belə rəhbər mən hələ görməmişəm. Çoxlu ölkələrdə çıxış etmişəm, lakin belə əla klub prezidentini görməmişəm.
"Bakı" özünə gələ biləcəkmi?
Biz əla mövsüm keçirdik. Lakin avrokuboklarda bəxtimiz gətirmədi. Əlbətdə, biz qrup mərhələsi haqqında düşünürdük. İndi biz hər şeyi yaddan çıxardmalıyıq. İrəlidə ölkə çempionatı var. Biz çempionluq uğrunda mübarizə aparacayıq.
"Bakı"-nın qarşıda gələn çempionatdaki şansları haqqında nə deyə bilərsiz?
Rəhbərlik əla transferlər əyata keçirdi. Komanda daha da güclü oldu. "Bakı" hər mövsümdə çempionluq uğrunda mübarizə aparır və bu il də belə olacaq.
Maraqlıdır ki, "Bakı" iki oyunda qələbə qazanıb, lakin, buna baxmayaraq, növbəti mərhələyə keçə bilmədi. Bununla bağlı azərkeşlərə nə deyə bilərsiz?
Bir şey deyə bilərəm ki, iki oyunda məğlub olan komanda növbəti mərhələyə keçməyə layiq deyil.
Çoxları "Brondbü"-yə qarşı oyunu gözləyirdi.
Bilirsiz, hiss edirdim ki, biz "Brondbü"-nü uda biləcəyik. Danimarka komandası o qədər də güclü rəqib deyil. Hər şey əla idi. "Buduçnst"-u keçsəydik "Brondbü" ilə görüşəcəkdik. Amma indi bu haqda danışmaq mənasızdı. Bizim bəxtimiz gətirmədi.
