23 iyul 2010 15:11
Kempbell Arsenal`da qalır
Londonun "Arsenal" klubunun müdafiəçisi Sol Kempbell qərara gəldi ki, komandanı tərk etməyəcək. Azerisport.az The Mirror nəşrinə istinadən xəbər verir ki, bir həftə əvvəl toy edən 35-yaşlı futbolçu komandaylə yeni müqaviləsini evliliyin ilk ayı bitəndən sonra imzalayacaq. Bundan öncə Kempbell öz karyerasını "Newcastle"-da davam etdirəcəyi haqda xəbər verilirdi.
