23 iyul 2010 15:23
XL-in azarkeşləri komandanın yeni baş məşqçisinə inanırlar
Azərbaycanın "Xəzər-Lənkəran" komandasının yeni baş məşqçisi Mirça Rednik dünən Lənkərana gedib. Azerisport.az klubunun rəsmi saytına istinadın xəbər verir ki, gecə vaxtı olduğuna baxmayaraq onu Lənkəranın girəcəyində çoxsaylı azarkeş ordusu qarşılayıb. Rednik maşından çıxaraq azarkeşlərlə görüşüb.
Azı 150 nəfərdən ibarət azarkeş grupu məşqçini əhatəyə alıb onunla söhbət etdilər və onun sayəsində komandanın qələbəyə doğru irəliləyəcəyinə inandıqlarını vurğuladılar. Azarkeşlər Rednikə uğurlar arzuladılar. Öz növbəsində rumıniyalı məşqçi əminliklə bəyan etdi ki, azarkeşlərin ümidlərini doğruldacaq.
Sonra Rednik avtomobilinə minərək otelə qalan yolu azarkeşlərin təxminən 20 maşından ibarət karvanının müşaiyəti ilə gedib.
XL-in bazasına gələn Rednik gördüyündən heyran olduğunu bildirdi: "Belə yüksək şəraitə malik olub çempion olmamaq yaxşı hal deyil".
Onun sözlərinə görə, əslində komandamızın bazası onun gözlədiyindən də möhtəşəmdir.
