23 iyul 2010 16:34
Milan Hondanı heyətinə qatmaq istəyir
İtaliyanın "Milan" klubu Rusiyanın ÇSKA komandasının yaponiyali yarımmüdafiəçisi Keysuke Hondanı transfer etmək istəyir. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, "rossonerinin" rəhbərliyi əmindi ki, oyunçu yaxın günlərdə Sireya A komandası ilə müqavilə bağlayacaq. Bundan öncə italyanlar Hondaya görə ÇSKA-ya13 milyon avro təklif etmişdilər. Lakin rusiyalılar oyunçunu 15 milyon avroya satacağını bildirdilər. Hal hazırda klublar arasında danışığlar bitmək üzrədi.
