23 iyul 2010 17:50
İspaniya klubu UEFA`nın qərarına apellyasiya verəcək
İspaniyanın "Mallorca" klubu UEFA-nın komandanı Avropa Liqasından kənarlaşdırmaq haqqında qararına apellyasiya hazırlayır. Azerisport.az komandanın rəsmi saytına istinadən xəbər verir kİ, klubun vəkili Luis Eurta bildirdi ki, avrokubok lisenziyasının alınması qərarı "Mallorca"-nın maliyyə durumuna ciddi ziyan vurur, çünki turnirdə iştirakdan olan gəlirlər artıq büdcəyə daxil ediliv.
Barselona Universitetinin araşdırması göstərdi ki, komandanın ümumi borcu 85 milyon avro təşkil edir.
