23 iyul 2010 23:27

Ruslan Abışov: Heç vaxt öz oyunumdan razı qalmıram

Azerisport.az xəbər veriri ki, Neftçi'nin müdafiəçisi Ruslan Abışov Orduspor'la oyun haqqında danışıb.
 
Öncə "Orduspor"la oyun barədə fikirlərini bilmək istərdik.
Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Açığı, hesabın belə böyük fərqli olacağını gözləmirdim. Qalib gələcəyimizi düşünürdük, rəqib qapısından 4 top keçirməyimiz isə xoş sürpriz oldu. Əlimizə düşən imkanlardan yaxşı istifadə etdiyimiz üçün böyük hesablı qələbə qazandıq.
 
Əvvəlki yoxlama matçları ilə müqayisədə, bu dəfə flaqmanın oyununda hansı müsbət cəhətlər hiss olunurdu?
Artıq yeni mövsümə hazırlığın ikinci, sonuncu mərhələsi gedir. İndi futbolçular özlərini daha yaxşı, daha hazırlıqlı hiss edirlər. Bunun da bəhrəsini növbəti yoldaşlıq görüşlərində görəcəyik. Ən əsası odur ki, zəhmətimiz öz nəticəsini Premyer Liqada versin. Çox sevindirici haldır ki, "Orduspor"la qarşılaşmada kollektiv oyun göstərməyi bacardıq. Komandamız günü-gündən inkişafdadır. Bizə yaratdığı bütün şəraitə görə, başda prezident Sadıq Sadıqov olmaqla, klubumuzun rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, milli çempionatda rəhbərliyin etimadını doğruldaraq, yüksək nəticələr qazanacağıq.
 
"Orduspor"la görüşdə öz oyunundan razı qaldınmı?
Düzünü deyim ki, heç vaxt öz oyunumdan razı qalmıram. Ancaq nəzərə alsaq ki, yoxlama matçında 4:0 hesablı qələbə qazanmışıq, deməli, komandanın bütün üzvləri yaxşı çıxış ediblər.
 
Premyer Liqanın növbəti mövsümünün püşkatmasına da münasibətini öyrənmək istərdik. Çempionatın startında "Neftçi" evdə "Qarabağ"ı qəbul edib, ardından "Qəbələ" ilə səfər matçına yollanacaq. Püşkün nəticəsi flaqman üçün nə dərəcədə əlverişlidir?
Mənə elə gəlir ki, startda güclü rəqiblərlə oynamaq zəif komandalara qarşı mübarizə aparmaqdan yaxşıdır. İnşallah, ilk turlarda uğurlu nəticə qazanıb, yolumuza inamla davam etmək niyyətindəyik. Bizim yeganə məqsədimiz çempionluqdur.
 
Klub saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.