23 iyul 2010 23:44
Brazilya futbol federasiyası yığmanın yeni baş məşqçisini tapdı
Brazilyanın "Fluminese" klubunun baş məşqçisi Murisi Ramalyo iyulun 23-ü yerli futbol federasiyasının prezidenti Rikardo Teyşeyra ilə görüşdü. Azerisport.az SporTV-yə istinadən xəbər verir ki, Teyşeyra 54-yaşlı mütəxəssisə bildirdi ki, Braziliya yığması onun xidmətlərində maraqlıdı və Ramalyo bu təklifi qəbul etdi. Lakin, o bildirdi ki, öncə bu məsələni öz indiki klubuyla həll etməlidi.
Qeyd edək ki, Ramalyonun "Fluminese" ilə müqaviləsi mövsümün sonuna kimidi və hələ ki aydı deyil komanda ilə müqaviləsini ləğv edəcək yoxsa eyni zamanda hər iki vəzifəniyerinə yetirəcək.
