23 iyul 2010 12:51

Hafiz MƏMMƏDOV: Bakı`nı Avropada tanınmasını istəyirəm

Azərbaycanın "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasında çıxışı, legionerlər məsələsi və mövsümdə əsas rəqibləri haqqında bildirdi.

 
Söhbətimizi xoşa gəlməz məqamdan başlayaq – "Bakı"-ya Avropa Liqasının "Buduçnost"-la ilk oyunda texniki məğlubiyyətin verilməsindən.
Əvvəlcədən deyim ki, mən hazırıydım ki , UEFA-nın qərarı bizim xeyrimizə olmayacaq. Ona görə də, oyunun ərəfəsində mənə bunu deyəndə o qədər də kədərlənmədim. Bir şeyi deyə bilərəm: günahkarlar özləri getməlidi. Adlarını demək istəmirəm.
 
Sirr deyilsə, siz bunu nə vaxt bildiniz?
Çərşənbə axşabı, "Bakı" Çernoqoriyaya gedən zamanı. Araşdırma apardım və başa düşdüm ki, texniki məğlubiyyətdən qaça bilməyəcəyik. Təsəvvür edə bilmərsiz ki, mənə nə qədər zəng gəldi. Və mən başa düşdüm ki, biz qələbə qazanmalıyıq. Şadam ki, biz öz məqsədimizə çatdıq. Düzdü, biz Avropa Liqasını tərk etdik. Lakin, oyunu meydançada yox, kağız süründürməçiliyinə görə uduzduq. Həmçinin, ölkəmizə reytinq xallarını artırdığımıza görə də şadıq.
 
Bu hadisə "Bakı"-nın imicində əks olunacaq, amma digər tərəfdən isə "qara piar"-da – piardı.
Razıyam. Açığı desəm, UEFA başqa qərar da seçə bilərdi. Təəssüf ki, bizə texniki məğlubiyyət verdilər.
 
Sizcə bu hadisədə dörd il əvvəl qırmızı vərəqə aldığını yaddan çıxaran Joel Epalle günahkardırmı?
Bəli. Lakin tam olaraq yox. O, Azərbaycanda oynayacaq ilk olimpiya çempionudur. Biz onu qələbələr qazanmaq üçün almışıq. Ancaq əksinə alındı. Yeri gəlmişkən, mənimdə sizə sualım var: bəs nəyə görə mətbuat bu səhvi aşkar edə bilməyib? Siz bizə yardım edə bilərdiz. Əfsuzlar olsun ki, edə bilmədiz.
 
Siz avrokuboklarda klublarımızın çıxışını necə qiymətləndirirsiz?
"Qarabağ"-ın uğurlarına sevinirəm. Həmçinin, "İnter"-in qonaq meydançasında qələbə əldə etdiyinə də. Bu vətənpərvərlik deməkdi. Mən Tahir Gözələ zəng edib, onu "Qarabağ"-ın Şimali İrlandiyadaki qələbəsinə görə təbrik etmişəm. O da öz növbəsində məni təbrik etdi. Biz, klubların rəhbərləri, komandalarımız Avropa meydançalarında əldə edilən qələbələrinə sevinirik. Həmçinin, bununla bərabər biz klublarımızın inkişafı haqqında da düşünürük. Misal üçün, mən şadam ki, beşyaşlı oğlan zəng edib deyir ki, o, Jabanın fanatıdı. Və həmçinin, mən çox istiyərdim ki, futbolda daha da çox azərbaycanlı oyunçular olsun.
 
Yeri gəlmişkən, bütün jurnalistləri, mütəxəssisləri və azərkeşləri maraqlandıran sual var. Nəyə görə "Bakı"-nın heyətində azərbaycanlı futbolçular azlıq təşkil edir?
Mən çox istəyirəm ki, komandamızın heyətində yerli futbolçularımız olsun, amma hələ ki bu alınmır. Misal üçün, sizdən qabaq mən İskəndər Cavadov və Vaqif Sadıxovla danışırdım, onlara dedim ki, sizdə öz klublarınızı açın, yerli oyunçuları böyütmək üçün. Mən onlara kömək etməyə hazıram. Legonerlərin limiti haqqında çoxlu söz-söhbətlər gəzir, 8+3 sxemini təklif edirlər. Lakin bütün klublarda əsas heyətə layiq üç yerli futbolçu olmur. AFFA-nın İcraiyyə Komitəsində bu haqda çox danışıldı. Və həmçinin, mən şadam ki, yeni mövsümdəm etibarən ölkə çempionu 150 min manat alacaq.
 
"Böyük Bakı-2012" lahiyəsinin işləri necədi?
Öz axarı ilə. Demək olar ki, biz öz ideyamıza bir az da yaxınlaşdıq. Hesab edirəm ki, gələn mövsümdə bizim məşqçimiz Vinfrid Şefer klubu Avropa Liqasının qrup mərhələsinə çıxardacaq. Böyük qələbələr üçün isə 4-5 il gözləmək lazımdı. Mən hesab edirəm ki, daha da böyük uğurlar üçün maraqlı çempionat lazımdı, harada klublarımız xallar uğrunda mübarizə aparacaqlar. Bax o zaman bizim futbolumuz inkişaf edəcək. Əminəm ki, yeni mövsümdə altı klub – "Bakı", "İnter", "Qarabağ", XL, "Neftçi" və "Qəbələ" komandaları öz aralarında mübarizə aparacaqlar.
 
Klubun bu mövsüm uğursuz çıxışı sizi futboldan getməyyinizə səbəb ola bilərmi?
Xeyr. Bu yaxınlarda hesabladım və gördüm ki,  təzə gəlmiş və getmiş oyunçuların arasında o qədər də böyük fərq yoxdur. Yeniləşmə kluba neqativ təsir etmədi. İndi isə mən heyəti möhkəmləndirmək istəyirəm. Yeni iki transfer gözləyin.
 
Qabaqları, klubların rəhbərləri çempionat və Kubokda qalıibiyyətlər haqqında danışırdılar. Amma, deyəsən, məqsədlər dəyişib.
Bəli, indi bizi çempionatın səviyyəsi, tamaşaçılar maraqlandırır. Hər bir insanda olduğu kimi, mənim də öz ambisiyalarım var. Mən istəyirəm ki, "Bakı" avrokuboklarda uğurlu çıxış etsin və bütün Avropa onu tanısın. İstəyirəm ki, klubun öz qızğın azərkeşləri olsun necə ki bu İngilətərə, İspaniya və İtaliayadadı. Bunun üçün yeni mövsümdən etibarən hər ev oyunumuzda mənzil, maşın və müxtəlif pul mükafatlarını oynanılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.